Dövlət qurumları vətəndaşların qəbulunu dayandırır

Dövlət qurumları vətəndaşların qəbulunu dayandırır

Koronavirus təhlükəsinə qarşı vətəndaşların qəbulu məhdudlaşdırılıb

 

Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək və icrasına ciddi nəzarət edilməsi məqsədilə Nazirlər Kabinetinin tapşırıqlarına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) və Nazirliyin bütün struktur bölmələrində vətəndaşların qəbulu məhdudlaşdırılıb.

 

Bu barədə AYNA-ya ƏƏSMN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Nazirlikdə və Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Xidməti, Dövlət Əmək Müfəttişliyi Xidməti, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və onların yerli qurumlarında, DOST Agentliyi və DOST mərkəzlərində, DOST İş Mərkəzində vətəndaşların fərdi və qrup halında qəbulu təxirə salınıb.

 

Bununla belə, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi”, “Ünvanlı yardım”, “Əlillik”, “Sığorta”, “Pensiya”, “Məşğulluq”, “E-Arayış” və s. altsistemləri vasitəsilə həmin istiqamətlərdə əhaliyə xidmətlərin elektron şəkildə göstərilməsi davam etdirilir. Eyni zamanda, e-sosial.az və e-gov.az portalları vətəndaşların istifadəsindədir.

 

Hər bir vətəndaş e-sosial.az portalında e-Xidmətlər (https://e-sosial.az/#/eServices) bölməsini və ya e-gov.az portalının “Bütün xidmətlər” (https://www.e-gov.az/az/services) bölməsindən Nazirliyin adını seçməklə müraciət edə bilər. 

 

Eyni zamanda, 142 - Çağrı mərkəzi fəaliyyət göstərir ki, vətəndaşlar nazirliyin bütün fəaliyyət sahələrinə dair məsələlərlə əlaqədar həmin nömrəyə zəng edə bilərlər.

 

Nazirlikdə və Nazirliyin bütün struktur bölmələrində vətəndaşlar aşağıdakı nömrələrlə əlaqə saxlayaraq və e-ünvanlara yazaraq da müraciətlərini edə bilərlər:

 

Nazirlik üzrə: (012) 596 50 34, (012) 596 50 35; [email protected]

 

Dövlət Sosial Müdafiə Fondu üzrə: (012) 434 71 31, (012) 432 51 75, (012) 434 60 12; [email protected]

 

Dövlət Məşğulluq Xidməti üzrə:  (012) 541 98 50, (012) 596 43 01; [email protected]

 

Dövlət Əmək Müfəttişliyi Xidməti üzrə: (012) 594 16 34, (012) 596 47 04; [email protected]

 

Dövlət Tibbi-Sosial Ekspertiza Xidməti üzrə: (012) 568 46 25; (050) 501 05 93; (050) 501 91 80; (050) 501 07 40; (050) 501 78 70; (050) 501 78 10; [email protected]

 

DOST Agentliyi və DOST mərkəzləri üzrə: (012) 525 50 26/27;

 

Agentlik üzrə - [email protected]

 

1 saylı Bakı DOST Mərkəzi üzrə- [email protected], [email protected], [email protected], [email protected]

 

2 saylı Bakı DOST Mərkəzi üzrə- [email protected], [email protected], [email protected], [email protected]

 

DOST İş Mərkəzi üzrə: (012) 497 41 40; (012) 497 41 77; [email protected]

 

Dövlət Sosial Müdafiə Fondunun ərazi və rayon (şəhər) şöbələrinin, ərazi və rayon şəhər Məşğulluq Mərkəzlərinin, Ərazi Dövlət Əmək Müfəttişliklərinin və Tibbi-Sosial Ekspert Komissiyalarının əlaqə nömrələri və e-ünvanları isə http://sosial.gov.az/laq-nomrlri linkində təqdim edilir.

 

Qeyd edək ki, vətəndaşların qəbulu prosesini bir neçə digər dövlət qurumları da müvəqqəti dayandırıb.

Müəllif: Ayna.az      17 Mart 2020 16:03
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin