Türkiyəyə beynəlxalq dəstək

Türkiyəyə beynəlxalq dəstək

“Yunanıstan tərəfi sərhəddə qaçqınlara qarşı şiddət tətbiq edir”

 

Türkiyənin suriyalı qaçqınlar üçün Avropa qaplarını açmasından sonra Türkiyə ilə Yunanıstan arasında yaranan gərginlik davam etməkdədir. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Beynəlxalq İnsan Haqları Təşkilatı (Human Rights Watch) gərginliyin aradan qaldırılması üçün yeni hesabat hazırlayıb.

 

Hesabatda, baş verənlərə görə, mütəmadi olaraq Türkiyəni təhdid edən və günahlandıran Yunanıstanın qaçqınlara şiddət tətbiq etdiyi bildirilib: “Yunan təhlükəsizlik qüvvələri sərhəddə qaçqınları nəzarətə götürərək şiddət tətbiq edir, cinsi istismara məruz qoyur və nəticədə Türkiyəyə geri göndərir”.

 

“Avropa İttifaqı, Yunanıstanın qaçqınlara qarşı həddindən artıq gücdən istifadə etməsinə baxmayaraq, olanlara göz yumur. İttifaq bu insanları qorumalı və onlara dəstək verməlidir”, - deyə təşkilatın rəsmisi Nadia Hardman əlavə edib.

Müəllif: Ayna.az      17 Mart 2020 15:24
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin