Koronavirusa yoluxan qadın danışdı: “Elə bir ağrıdır ki...”

Koronavirusa yoluxan qadın danışdı: “Elə bir ağrıdır ki...”

“Ardınca halsızlıq oldu, artıq ayağa qalxa bilmirdim”

 

Hamını koronavirusa yaxalanan insanların vəziyyəti, başına gələnlər maraqlandırır. AYNA xarici mediaya istinadən, ABŞ-da bir tibb bacısının öz dilindən Covid-19-a yoluxmasını və ondan sonrakı vəziyyətini təqdim edir.

 

ABŞ-ın Kolorido ştatından olan Lisa Mek virusa Havay adalarında bir tibb konfransına qatıldığı zaman yoluxduğunu təxmin edir. Onun sözlərinə görə, konfransdan qayıtdıqdan sonra qripdə olduğu kimi burun axıntısı başlayıb. Sürətlə səhhətində dəyişiklik hiss edən Lisa bədən ağrıları, əzələlərindəki gücsüzlükdən şikayətlənib.

“Elə bir ağrı idi ki, elə bil məni bıçaqlayırdılar. Ardınca halsızlıq oldu, artıq ayağa qalxa bilmirdim. Bu anda həyat yoldaşım məni təcili tibbi yardım xidmətinə apardı. Müayinəm pozitiv çıxdı, mənə dərmanlarla terapiya təyin edildi. Nəfəs darlığım başlamışdı. Amma bir müddət sonra özümə gəlməyə başlayırdım, artıq əvvəlki sağlamlığıma qayıdıram”, - deyə Lisa əlavə edib.

 

Qeyd edək ki, son məlumata görə, ABŞ-da 4700 nəfər bu virusa yoluxub, 93 nəfər isə dünyasını dəyişib.

Müəllif: Ayna.az      17 Mart 2020 15:03
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin