Sabahın havası ilə bağlı xəbərdarlıq

Sabahın havası ilə bağlı xəbərdarlıq

Dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir

 

Bakıda və Abşeron yarımadasında martın 18-də havanın gün ərzində arabir yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcəcək.

 

Bu barədə AYNA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. 

 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz olacaq.

 

Tibbi-meteoroloji proqnoza görə, martın 18-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

 

Azərbaycanın rayonlarında sabah arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 2-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Müəllif: Ayna.az      17 Mart 2020 12:44
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin