Məşhur avtomobil şirkəti fəaliyyətini dayandırdı

Məşhur avtomobil şirkəti fəaliyyətini dayandırdı

Koronavirus bir çox nəhəng şirkətin fəaliyyətinə zərbə vurub

 

Fransanın nəhəng avtomobil şirkəti "Renault" İspaniyadan sonra Fransadakı zavodlarını da müvəqqəti bağlayıb.

 

AYNA xarici mediaya istinadən məlumat verir ki, nəhəng avtomobil şirkətinin Fransadakı 12 təsisatı və 18 minlik işçi heyəti işini koronavirus böhranı səbəbindən dondurmalı olub. "Renault" rəhbərliyi bu qərarını Fransa hökümətinin tövsiyələri əsasında və virusla mübarizə tədbiri çərçivəsində verdiyini bəyan edib.

 

Qeyd edək ki, Fransadan başqa, şirkət Slovekiya, Ruminiya, Türkiyə və İspaniyada böyük istehsal şirkətlərinə sahibdir. Məlumat üçün bildirək ki, Avropada İtaliyadan sonra koronavirus dalğası yayılan ölkələr arasında İspaniya və Fransa irəlidədir. Dünyada virusdan ölən 7 mindən çox xəstənin 148-i fransızdır. 

 

Müəllif: Raminə Eyvazqızı      17 Mart 2020 12:35
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin