Daha bir ölkə sərhədlərini bağlayıb

Daha bir ölkə sərhədlərini bağlayıb

Yalnız diplomatlar, onların ailə üzvləri və Kanada vətəndaşları ölkəyə daxil ola bilər

 

Kanadanın Baş Naziri Castin Tryudo sərhədlərin bağlanması haqda qərar qəbul edib.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, xarici ölkə vətəndaşlarının ölkəyə girişi də qadağan edilir. Yalnız diplomatlar, onların ailə üzvləri və Kanada vətəndaşları ölkəyə daxil ola bilər. Bütün beynəlxalq reyslər Vankuver, Kalqari, Monreal və Toronto hava limanlarında qəbul ediləcək.

 

Qeyd edək ki, Baş Nazirin xanımı Sofi Tryudoda martın 13-də koronavirus aşkar edilib. Castin Tryudo özü də ev şəraitində karantindədir.

 

Ölkədə 300 nəfər Covid-19 daşıyıcısıdır.

Müəllif: Ayna.az      17 Mart 2020 03:19
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin