Əsas səhifə Haqqımızda Xəbər lenti

Hava limanında 3 tibb məntəqəsi yaradılıb

Hava limanında 3 tibb məntəqəsi yaradılıb

Koronavirus təhlükəsinə qarşı tədbirlər davam etdirilir 

 

“Bugünədək biz sərhədlərimizi keçərək karantinə alınmış şəxslər arasında 25 nəfərdə pozitiv nəticə aşkar etdik. 7 nəfər tam sağalıb. 1 nəfər isə vəfat edib. Həmin şəxsdə digər xəstəliklər də mövcud idi”.

 

AYNA xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

 

O bildirib ki, artıq ölkəyə Avropadan gələnlər var: 

 

“Bununla əlaqədar dövlət qurumlarımızla sıx şəkildə işləyirik. TƏBİB-in mütəxəssisləri hava limanında fəaliyyət göstərirlər. Biz gördüyümüz bütün işləri alqoritm şəklində hazırlamışıq. Hava limanında 3 tibb məntəqəsi yaratmışıq. Bəzi ölkələr var ki, epidemiyanın episentri hesab olunur. Həmin ölkədən gələnlər bilavasitə karantin müəssislərinə göndərilir. 

 

Digər ölkələrdən gələnlər isə TƏBİB tibb məntəqələrinə yönləndirilir. Orada onların müvafiq müayinəsi həyata keçirilir. Əgər simptomları varsa karantinə göndərilir. Simptomları yoxdursa onlara bukletlər təqdim olunur və evə göndərilirlər”.

Müəllif: Ayna.az      16 Mart 2020 22:01
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin