Rusiyadan açıqlama: “Ankara siyasi qərar verməlidir”

Rusiyadan açıqlama: “Ankara siyasi qərar verməlidir”

“Yəni yaxın günlərdə müqavilənin imzalanacağını deyə bilmərəm”

 

Rusiya Federal Hərbi-Texniki Əməkdaşlıq Servisinin (FSVTS) sədri Dmitriy Şuqayev Türkiyə ilə S-400 raketlərinin danışıqlarının davam etdiyini bildirib. AYNA xəbər verir ki, FSTVTS rəhbəri bu barədə Rusiya mətbuatına açıqlama verib.

 

Şuqayev nəzərdə tutulan danışıqların öz həllini tapa biləcəyini də ifadə edib: “Türkiyə ilə alış-satışı nəzərdə tutulan S-400 mövzusu hələ də gündəmdədir. Sistemin tərkibi, tarixi və başqa şərtlər haqqında danışırıq. Danışıqlar prosesi davam edir və ümid edirik ki, yaxın gələcəkdə ortaq məxrəcə gələcəyik”.

 

O, Türkiyə ilə danışıqları aparılan Su-35 müdafiə sistemi ilə bağlı suallara da cavab verib: “Bu istiqamətdə də danışıqlar davam edir. Ancaq danışıqlar bir o qədər də aktiv deyil. Yəni yaxın günlərdə müqavilənin imzalanacağını deyə bilmərəm. Çünki Türkiyənin Su-35-ləri istəyib-istəmədiyinə dair siyasi bir qərar verməsi lazımdır”.

Müəllif: Ayna.az      16 Mart 2020 19:40
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin