Mübariz Mənsimovun saxlanılması ilə bağlı açıqlama

Mübariz Mənsimovun saxlanılması ilə bağlı açıqlama

“Ümid edirik ki, yaranmış son vəziyyət tezliklə qanun çərçivəsində öz həllini tapacaq

 

“Palmali Şirkətlər Qrupu”nun sahibi Mübariz Mənsimovun saxlanılması ilə bağlı, rəhbərlik etdiyi qurum tərəfindən açıqlama yayıb. AYNA "Qafqazinfo"ya istinadən xəbər verir ki, iş adamının köməkçisi Fidan Quliyeva sosial şəbəkədə yaydığı məlumatda Mənsimovun ətrafında yaranmış son vəziyyətin tezliklə qanun çərçivəsində öz həllini tapacağını qeyd edib.

 

““Palmali Şirkətlər Qrupu”nun prezidenti Mübariz Mənsimovun uydurma ittihamlarla saxlanması ilə əlaqədar son günlər baş verən hadisələr hər birimizi məyus edir. Şirkətimizə bununla bağlı saysız-hesabsız dəstək xarakterli zənglər daxil olur, sosial şəbəkələrdə yazılar yazılır. Bütün bunlara görə sizin hər birinizə dərindən minnətdarıq və insanların narahatlığını başa düşürük”, - o bildirib.

 

“Vurğulamaq istəyirik ki, Türkiyə Respublikası, hər şeydən əvvəl, hüquqi dövlətdir. Əminik ki, burada qanunlar işləyir və yalnız qanunlara tabe olmaq hər bir vətəndaşın müqəddəs borcudur. Bu səbəbdən ümid edirik ki, Mübariz Mənsimov ətrafında yaranmış son vəziyyət tezliklə qanun çərçivəsində öz həllini tapacaq”, - F.Quliyeva əlavə edib.

Müəllif: Ayna.az      16 Mart 2020 16:19
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin