Mobil telefon istifadəçilərinə şad xəbər və dəyərli tövsiyə - FOTO, VİDEO

Mobil telefon istifadəçilərinə şad xəbər və dəyərli tövsiyə -       FOTO, VİDEO

“Müştəri bizim rəsmi səhifəmizə və ya “qaynar xətt”imizə zəng edərək, telefonun zəmanətə daxil olub-olmadığını dəqiqləşdirsin, sonra alsın”

 

Bu gün insanları mobil telefonsuz təsəvvür etmək mümkün deyil. Hətta son vaxtlar insanlar bir yox, iki mobil telefondan istifadə etməyə üstünlük verirlər. Bu da mobil telefona olan tələbatı günü-gündən artırır. 

 

Hazırda bazarda bir çox markalar öz telefonlarını satışa çıxarır. Etiraf etməliyik ki, son illər bir çox Çin telefon markaları da Azərbaycan bazarında kifayət qədər müştəri qazana bilib. Xüsusilə “Xiaomi” şirkətinin telefonlarının müştəriləri daha çoxdur.

 

Amma bu müştərilər tez-tez bir problemlə üzləşirlər. Telefonu və ya digər mobil cihazı alandan sonra onlarda yaranan problemi həll edəcək servis tapa bilmirlər. Tapdıqları servislərdə olan ustalar isə telefonları ya uzun müddətə düzəldə bilir, ya da heç düzəldə bilmirlər.

 

Artıq bu cür problemlərlə üzləşən müştərilər sevinə bilərlər. Çünki “Xiaomi” brendinin Azərbaycanda ilk və yeganə rəsmi mağazası və servisi müştərilərin xidmətinə verilib. Buna əmin olmaq üçün biz hətta “Xiaomi”nin rəsmi internet səhifəsinə daxil olub yoxladıq. Hər kəs Bakı şəhəri Üzeyir Hacıbəyov küçəsi 16 ünvanında yerləşən “Mixtech” Servis Mərkəzində “Xiaomi” şirkətinə məxsus telefonlarında yaranan texniki nasazlıqları düzəltdirə bilər.

“Xiaomi” şirkətinin Azərbaycanda rəsmi servis mərkəzinin müdiri Raif Abdullayev bildirib ki, müştərilər diqqətli olmalıdır: “Müştərilər “Xiaomi” şirkətinin telefonlarını haradan almalarına baxmayaraq, telefonun Azərbaycanda rəsmi zəmanətə düşdüyünü yoxlamalıdırlar. Alıcılar telefonun rəsmi zəmanətə düşüb-düşmədiyini isə bizim rəsmi servisdə yoxlada bilərlər. Bunun üçün müştəri telefonu haradan almasından asılı olmayaraq bizim rəsmi səhifəmizə və ya “qaynar xətt”imizə zəng edərək, o telefonun Azərbaycanda zəmanətə daxil olduğunu öyrənsinlər, daha sonra alsın”.

 

R.Abdullayev rəsmi zəmanət məsələsinə də aydınlıq gətirib. Qeyd edib ki, 1 il ərzində “Xiaomi” telefonlarında və ya cihazlarında hər hansı problem yaranarsa, rəsmi servis o cihazları təmir edir: “Rəsmi zəmanəti olmayan telefonlara isə, təəssüflər olsun ki, bu xidmət göstərilmir. Onu da qeyd edim ki, bəzi mağazalar “Xiaomi” şirkətinin rəsmi servisi olduğunu deyərək müştəriləri aldadırlar. Bu zaman müştərinin hüquqları pozulur. Onlar bəzən telefonları təmir etməmək üçün müştərini günahkar çıxarmağa çalışırlar. Çünki müştərinin günahkar olduğu deyilir və servis pulunu əlavə olaraq alınır. Təəssüflər olsun ki, telefonların əksəriyyətini təmir edə bilmirlər”.

 

“Həmin müştərilər sonradan bizə müraciət edirlər. Bizim ustalar telefonu açıb baxanda məlum olur ki, bəzi telefonlar düz təmir olunmayıb, bəzilərinin detalları düzgün dəyişdirilməyib, bəzi telefonların detallarını naşı usta dəyişdiyi üçün digər detalları zədələyib. Nəticədə cihaz ya işləmir, ya da yeni problemlər yaranıb. “Xiaomi” telefonları işlədənlər bu problemlərlə qarşılaşmamaq üçün öncədən bizim servisə müraciət etsələr, daha yaxşı olar”, - deyə şirkətin rəsmisi vurğulayıb.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      16 Mart 2020 14:33
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin