Amerikada koronavirus qurbanlarının sayı artır

Amerikada koronavirus qurbanlarının sayı artır

Artıq ölənlərin sayı 65, yoluxanların sayı isə 3500 nəfərə çatıb

 

ABŞ-ın Cons Hopkins Universitetinin açıqladığı son rəqəmlərə görə, ölkədə koronavirusa yoluxanların və ölənlərin sayı artmaqda davam edir. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Birləşmiş Ştatlarda virusdan ölənlərin sayı 65-ə, yoluxanların sayı isə 3500-ə yüksəlib.

 

Ölənlərdən 42-nin virusun ilk dəfə qeydə alındığı Vaşinqtondan, 6-nın Kaliforniyadan, 4-nün Floridadan, 3-nün isə Nyu-Yorkdan olduğu bildirilir.

 

Ümumilikdə isə 49 ştatda virusa yolxuma halı qeydə alınıb.

Müəllif: Ayna.az      16 Mart 2020 11:17
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin