Əsas səhifə Haqqımızda Xəbər lenti

"Qalatasaray" "Beşiktaş"ı məğlub edə bilmədi

"Qalatasaray" "Beşiktaş"ı məğlub edə bilmədi

Azarkeşsiz keçirilmiş matçda qalib müəyyənləşməyib

 

Türkiyə Super Liqasının XXVI turunda "Qalatasaray" və "Beşiktaş" komandaları arasında İstanbul derbisi gerçəkləşib.

 

AYNA-nın məlumatına görə, "Türk Telekom Arena"da koronavirus infeksiyası səbəbindən azarkeşsiz keçirilmiş matçda qalib müəyyənləşməyib - 0:0. 

 

Bu nəticədən sonra "sarı-qırmızılar" ardıcıl məğlubiyyətsiz oyunlar seriyasını 10-a çatdırıb. "Ağ-qaralar" isə baş məşqçi Sərgən Yalçının rəhbərliyi altında ilk derbidən xalla ayrılmağı bacarıb.

 

Lakin bu heç-heçə nə "Qalatasaray"ın, nə də "Beşiktaş"ın işinə yarayıb. Fatih Terimin baş məşqçi olduğu kollektiv ilk 2 pillədəki "Trabzonspor" və "Başakşehir" arasındakı görüşün 1:1 hesablı heç-heçə ilə yekunlaşmasından yararlana bilməyib. Bu nəticədən sonra xalını 50-yə çatdıran "Cim-Bom" elə 3-cü pillədə qalıb və şərikli liderlərdən yenə 3 xal geridir.

 

"Qara qartallar" isə 44 xalla 5-cidir.

Müəllif: Ayna.az      15 Mart 2020 23:23
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin