Bu gecə Türkiyədən qayıdacaq azərbaycanlılar üçün uçuş qrafiki açıqlanıb

Bu gecə Türkiyədən qayıdacaq azərbaycanlılar üçün uçuş qrafiki açıqlanıb

Koronavirus təhlükəsinə qarşı tədbirlər davam etdirilir 

 

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri müvəqqəti olaraq dayandırıldıqdan sonra bu gecə Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə çarter reyslərin uçuş qrafiki açıqlanıb.

 

Türkiyənin Azərbaycandakı səfirliyindən AYNA-ya verilən məlumata görə, bu gecə iki reys həyata keçiriləcək.

 

İstanbuldan Bakıya ancaq Azərbaycan vətəndaşları (TK 6890 - Sabiha Gökçen - 00:10), Bakıdan İstanbula da ancaq Türkiyə vətəndaşları (TK 6891 - Bakı - 07:45) qəbul ediləcək.

 

Səfirlikdən bildirilib ki, martın 31-dək Türkiyədən Bakıya gəlmək istəyən Azərbaycan vətəndaşları və Azərbaycandan İstanbula getmək istəyən Türkiyə vətəndaşları arasında “Türk Hava Yolları” uçuşlarına mövcud biletləri olanlar imkan daxilində qəbul ediləcəklər.

Müəllif: Ayna.az      15 Mart 2020 21:37
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin