Azərbaycanın Türkiyədəki səfirliyində “qaynar xətt” yaradılıb

Azərbaycanın Türkiyədəki səfirliyində “qaynar xətt” yaradılıb

Koronavirus təhlükəsi səbəbilə Azərbaycan-Türkiyə sərhədi müvəqqəti olaraq bağlanıb 

 

Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərlərinin 15 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılmasından sonra Azərbaycan Respublikasının Türkiyə səfirliyində “qaynar xətt” yaradılıb.

 

Bu barədə AYNA-ya səfirlikdən məlumat verilib.

 

“Türkiyədə yaşayan, təhsil alan və müvəqqəti olaraq burada səfərdə olan vətəndaşlarımızın Səfirliyimizə mümkün müraciətlərinin operativ şəkildə cavablandırılması məqsədilə tərəfimizdən “Qaynar xətt” yaradılıb. Qaynar xətt nömrəsi: +905372826740” - deyə, məlumatda qeyd olunub.

Müəllif: Ayna.az      15 Mart 2020 11:43
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin