Şimali Kipr bütün qapılarını bağlayıb

Şimali Kipr bütün qapılarını bağlayıb

Koronavirus təhlükəsinə qarşı bütün dünyada tədbirlər görülməkdədir 

 

Şimali Kipr Türkiyə  Respublikası (KKTC) koronavirusla bağlı ölkəyə giriş - çıxışını bağlamaq qərarı alıb.


AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin Nazirlər Kabinetinin son toplantısı  koronavirus təhlükəsi ilə əlaqədar belə qərar verib. 

 

Martın 14-dən aprelin 1-dək ölkənin sərhədlərində ölkəyə giriş-çıxışa qadağa qoyulub. 

 

KKTC-nin Baş Naziri Ersin Tatar bildirib ki, Türkiyə daxil başqa ölkələrdən gələn və gedənlər bu qərarı nəzərə almalıdır. Ölkəyə sadəcə KKTC vətəndaşları, tələbə və qaçqınlar giriş edə biləcək.

Müəllif: Raminə Eyvazqızı      14 Mart 2020 23:24
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin