Koronavirus hesabına milyardlar qazananlar

Koronavirus hesabına milyardlar qazananlar

Koronavirus bütün dünyanı sarsdığı halda virus hesabına pul qazananlar oldu

 

Çində dərman, peyvənd və tibbi vasitələr şirkətinin şərikləri Çui Jinhai, An Konq Li Venmey və Vanq Jihua sərvətlərini artırdılar. 


AYNA xarici mediaya istinadən xəbər verir ki,  bunu 'Bloomberg" Milyarderlər İndeksi araşdırmalarının nəticələri göstərir. Dünyanın 10 ən zəngin şəxsi il başlayandan virusa görə 163, 3 milyard dollar itirdiyi halda, 500 nəfərlik siyahıda 54 insan sərvətini artırdı. Siyahıda adı çəkilən çinli iş adamları yuxarı sırada yer alır. Ən çox varlananlar elə səhiyyə sektorunu təmsil edirlər. 


Onlardan bir neçəsi barədə məluamat verməyə dəyər.
Çin farmokoloji nəhəngi "Hansoh" şirkətinin rəhbəri Zhonq Huijuan 2020-ci ilin ilk saatından bu günədək 1, 7 milyard dollar qazanaraq, varidatını 15,4 milyard dollara çatdırdı.
Sinqapurli Li Xiting da il girəndən 3,2 milyard dollar qazanaraq sərvətini 12, 4 milyard edib. Milyarder mərkəzi Çində olan  tibbi cihaz və avadanlıq istehsal edən “Mindray Bio-Medical Electronics” şirkətnin rəhbəridir. 


Başqa bir milyarder Honq-Konqlu Xu Hang da bu il ərzində 2, 9 milyard dollar qazanaraq 11, 4 milyard sərvət sahibinə çevrildi. Çin dərman şirkətinin şəriki Cen Junda 236 milyon dollar əldə edib, koronavirus onun sərvətini 10, 6 milyarda çatdırıb.


Çindən sonra Cənubi Koreyanın “Celltrion” tibbi vasitə istehsalı və ixracı ilə məşğul olan şirkətin rəhbəri Seo Jung-Jin ötən bir neçə ayda 213 milyon dollar qazanıb və 5, 2 milyardlıq var-dövlət sahibi olub.


Çinin peyvənd, vaksin istehsalçısı “Kangtai” şirkətinin rəhbəri Du Veimin 783 milyon dollarlıq qazancla ümumilikdə 4, 8 milyard dollar yiyəsinə çevrilib.


Koronavirusun mərkəzi olan Hubeydə “Allmed” şirkətinin il başlayandan gəliri ikiqatına çıxdı. Hazırda artım 175%- də keçib. 3 ay ərzində 17 milyard qazanc əldə olunub.

Müəllif: Raminə Eyvazqızı      14 Mart 2020 03:33
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin