Dərslər yenə təxirə salına bilər

Dərslər yenə təxirə salına bilər

Martın 27-nə yaxın bir vaxtda məsələ yenidən müzakirə oluna bilər

 

"Təhsil ocaqlarında dərslər martın 27-dək dayandırılıb. Həmin vaxta bir neçə gün qalmış vəziyyət yenidən qiymətləndiriləcək və ola bilər ki, təhsil müəssisələri ilə bağlı əlavə qərar verilsin".

 

AYNA xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

 

Onun sözlərinə görə, martın 27-nə yaxın bir vaxtda məsələ yenidən müzakirə oluna bilər.

 

Qeyd edək ki, martın 14-ü saat 00:00-dan ölkədə 1 aylıq xüsusi rejim tətbiq olunacaq.

Müəllif: Ayna.az      13 Mart 2020 23:32
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin