"Hazırda koronavirusa yoluxan 15 nəfər var" - İbrahim Məmmədov

"Hazırda koronavirusa yoluxan 15 nəfər var" -     İbrahim Məmmədov

Koronavirus təhlükəsinə qarşı tədbirlər görülməkdədir 

 

"Bizim ölkədə virus pandemiya vəziyyətində deyil".

 

AYNA xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

 

O bildirib ki, virusa yoluxanlardan yalnız biri dünyasını dəyişib: "İndiyə qədər 3 nəfər sağalıb".

 

"Hazırda koronavirusa yoluxan 15 nəfər var", - deyə İbrahim Məmmədov qeyd edib.

 

İ.Məmmədov bildirib ki, Nazirlər Kabineti yeni qaydalar tətbiq edib: "Ölkədə bir çox kütləvi tədbirlər qadağan olundu. Dəfn istisna olmaqla, yas mərasimləri qadağan edilir. Xüsusi rejimə riayət etməyənlər cəzalandırılacaq. Biz başqa ölkələrlə müqayisədə əlverişli vəziyyəti qoruyub saxlayırıq".

Müəllif: Ayna.az      13 Mart 2020 21:29
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin