Prezident Administrasiyasında partiya rəhbərlərinə nə deyilib?

Prezident Administrasiyasında partiya rəhbərlərinə nə deyilib?

"Siyasi baxşından asılı olamayaraq, partiya rəhbərləri ilə müzakirələrin aparılamsı və ümumilli məsələlərdə ortaq nöqtədən çıxışların edilməsi yaxşı haldır"

 

Məlum olduğu kimi, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsində siyasi partiyaların rəhbərləri ilə görüşlər keçirilib və görüşlərin davamlı olacağı bildirilib. Adminstrasiyadan partiya rəhbərlərinə göndərilən bildirişlərdə görüşə rəsmi qeydə alınan bütün siyasi partiyaların dəvət olunduğu da qeyd edilib.

 

Maraqlıdır, görüşdə, əsasən, hansı məsələlər müzakirə olunub? Yaxud, proses siyasi vəziyyət baxımından nə qədər əhəmiyyət daşıyır?

Görüş barədə AYNA-ya danışan ictimai fəal, “Vətəndaş münasibətləri inkişafı” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli bildirib ki, qısa bir müddətdə PA-da aparılan islahatlar və vahid şöbənin yaradılamsı bu görüş üçün xüsusi rol oynayıb: “Prezident Adminstrasiyasında 50-ə yaxın partiya rəhbərləri ilə görüş keçirilib. Təbii ki, bu görüş ölkənin siyasi həyatına yeni ab-havanın gəlişi və partiyalara olan diqqətin artması deməkdir. Düşünürəm ki, bu məsələlər həm cəmiyyətə, həm də beynəlxalq aləmə ölkə rəhbərliyinin proseslərə diqqətlə yanaşması və yeni islahatlar həyata keçirmək niyyətinin olması barədə bir mesajdır”, - deyə Ə.Abbasbəyli qeyd edib.

 

“Düşünürəm ki, siyasi baxşından asılı olamayaraq, partiya rəhbərləri ilə müzakirələrin aparılamsı və ümumilli məsələlərdə ortaq nöqtədən çıxışların edilməsi yaxşı haldır və bu, həm də cəmiyyət üçün yaxşı bir nümunədir. Çünki bu görüş gələcəkdə siyasi partiyaların nüfuzunun artmasına və ölkədə baş verən siyasi vəziyyətin beynəlxalq aləmdə imicinin artmasına müsbət təsir edəcək”, - deyə Abbasbəyli əlavə edib.

Müəllif: Mərahim Nəsib      13 Mart 2020 17:37
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin