Boş qalan yüksək posta yeni təyinat

Boş qalan yüksək posta yeni təyinat

Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb

 

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) yeni rəis təyin olunub. AYNA DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə BMCMİ-nin rəisi vəzifəsinə Nəsimi Rayon Polis İdarəsinin rəisi, polkovnik Əbülfət Rzayev təyin olunub.

Xatırladaq ki, indiyədək BMCMİ-nin rəisi olmuş Seyfulla Əzimov Daxili İşlər nazirinin birinci müavini vəzifəsinə təyin olunub.

 

Ə.Rzayev 1968-ci il avqust ayının 11-də anadan olub. O, uzun müddət BDU-nun hüquq fakültəsində “Konstitusiya hüququ” və “İnzibati hüquq” fənlərindən dərs deyib. 1995-ci ildən Daxili İşlər Nazirliyi sistemində xidmət edir.

Polis sistemində xidmətə Ukraynada adi milis nəfərliyindən başlayan Əbülfət Rzayev 1995-ci ildən Azərbaycanda Ordubad ŞPİ-də sahə müvəkkili, Qaradağda əməliyyat müvəkkili, Nəsimi rayonunda Cinayət Axtarış Şöbəsində baş əməliyyat müvəkkili, Bakı şəhər Baş Polis İdrəsinin Cinayət-Axtarış İdarəsində əməliyyat müvəkkili, Xətai RPİ-də Cinayət Axtarış Şöbəsinin rəisi, Xətai RPİ-nin 37-ci Polis Bölməsinin rəisi, Sabunçu Rayon Polis İdarəsinin rəis müavini, Şəki RPİ-nin rəisi, sonuncu təyinatına qədər isə Nəsimi RPİ-nin rəisi vəzifələrində çalışıb.

Müəllif: Ayna.az      12 İyul 2019 17:26
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin