Azərbaycanda daha 4 nəfərdə koronavirus aşkarlanıb

Azərbaycanda daha 4 nəfərdə koronavirus aşkarlanıb

Xəstələr ciddi nəzarət altında saxlanılır və müalicəsi ilə bağlı zəruri tədbirlər görülür

 

İran İslam Respublikası və İtaliyadan qayıdan dörd nəfər Azərbaycan vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. AYNA xəbər verir, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib. 

 

Qeyd olunub ki, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib: "Hazırda onların səhhəti normaldır, müalicələri ilə bağlı müvafiq tədbirlər həyata keçirilir".

 

Bundan əvvəl xüsusi rejimli xəstəxanaya yerləşdirilən 1938-ci il təvəllüdlü Azərbaycan vətəndaşının səhhəti stabil ağır olaraq qalır: "Xəstə ciddi nəzarət altında saxlanılır və müalicəsi ilə bağlı zəruri tədbirlər görülür".

 

"Koronavirus infeksiyası aşkarlanan digər şəxslərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirirlir, onların səhhəti ciddi nəzarət altında saxlanılır", - deyə qeyd olunub. 

Müəllif: Ayna.az      13 Mart 2020 14:55
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin