"Bu, Türkiyəyə qarşı bir çox cəbhədə mübarizə aparıldığını göstərir"

"Bu, Türkiyəyə qarşı bir çox cəbhədə mübarizə aparıldığını göstərir"

Hüseyin Altınalan: “Qlobal medianın Türkiyəyə aid fotoşəkillərdən istifadə etməsi ölkəmizə qarşı bir çox cəbhədə mübarizə aparıldığını göstərir”

 

“Koronavirus Çinin Vuhan şəhərində ilk dəfə ortaya çıxdıqdan sonra dünyanın 118 ölkəsinə yayılıb. Virus Çindən sonra daha çox İran, İtaliya və Cənubi Koreyada yayılıb. Türkiyədə isə yalnız iki nəfərdə aşkarlanıb. Virusun yayıldığı ölkələrin ard-arda qorunmaq üçün tədbirlər görməsi fonunda, prezident Donald Tramp da koronavirusun ölkəsinə təsirlərinin ardından ABŞ-dan Avropaya səyahəti qadağan edib. Ancaq Qərb mətbuatı Avropaya səyahətə gətirilən qadağa ilə əlaqədar xəbərlərində Türkiyəyə aid fotoşəkillərdən istifadə edir”.

 

AYNA xəbər verir ki, bu fikirləri Azərbaycandakı Türkiyə səfirliyinin Mətbuat Müşaviri Hüseyin Altınalan bildirib.

“QƏRB MƏTBUATI TÜRKİYƏYƏ QARŞI ƏXLAQSIZLIQ EDİR” - Hüseyin Altınalan: “Ölkəmizə qarşı bir çox cəbhədə mübarizə aparılır”

H.Altınalanın sözlərinə görə, bunu Türkiyənin gülənməsini həzm edə bilməyənlər edir: “Halbuki Türkiyə koronavirusa qarşı ən güclü tədbir görən ölkədir. Türkiyədə yalnız iki yoluxma faktı qeydə alınıb və o xəstələrin ümumi vəziyyəti yaxşıdır. Ancaq buna baxmayaraq qlobal medianın Türkiyəyə aid fotoşəkillərdən istifadə etməsi ölkəmizə qarşı bir çox cəbhədə mübarizə aparıldığını göstərir".

"Türkiyənin gün keçdikcə daha da böyüməsini həzm edə bilməyən qlobal güclər bir daha heç bir əxlaq normasını tanımadıqlarını göstərirlər. Qlobal media 3-5 koronavirusa yoluxma faktı olsa, az qala Türkiyəni Çin ilə bir tutacaq. Bu yanaşma əxlaq normalarına tamamilə ziddir”, - deyə Mətbuat Müşaviri vurğulayıb.

Müəllif: Ayna.az      13 Mart 2020 12:43
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin