“Arsenal” və “Çelsi” də karantində

“Arsenal” və “Çelsi” də karantində

Cavab oyunları koronavirus pandemiyasına görə təxirə salınıb

 

Arsenal futbol klubunun meneceri Mikel Arteta  koronavirus üçün etdiyi testdən müsbət cavab alıb. Bu səbəbdən klubun şənbə günü Briqhtona qarşı oyunu təxirə salınıb.

 

AYNA xarici mediaya əsasən xəbər verir ki, yoluxmanın qeydə alınmasının ardınca məşq meydançası təcili bağlanıb. Həmçinin Mikel ilə son vaxtlar təmasda olan bütün klub işçiləri, futbolçular karantinə alınıb. Bu gün klub təcili iclas çağıracaq.

 

Mikelin ardınca"Çelsi" nin futbolçusu Callum Hudson-Odoi koronavirus üçün müsbət test cavabı alan  ilk Premyer Liqa oyunçusu olub.

 

Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Siti" (İngiltərə) və "Real Madrid" (İspaniya), həmçinin "Lion" (Fransa) və "Yuventus" (İtaliya) komandaları arasında martın 17-də keçirilməli olan cavab oyunları koronavirus pandemiyasına görə təxirə salınıb.

 

Bu barədə UEFA-nın rəsmi saytı xəbər yayıb. Hələlik matçların yeni tarixi barədə açıqlama verilməyib.

Müəllif: Ayna.az      13 Mart 2020 12:06
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin