Xameneyinin müşaviri karantinə alınıb

Xameneyinin müşaviri karantinə alınıb

İranda koronavirusa yoluxanların sayı sürətlə artır 

 

İranın Ali dini lideri Əli Xameneyinin Beynəlxalq Əlaqələr müşaviri və Milli Təhlükəsizlik Şurası Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əli Əkbər Vəlayəti koronavirus simptomları ilə karantinə yerləşdirlib.

 

AYNA xəbər verir ki, bu barədə İRİB teleradio şirkəti məlumat yayıb. Vəlayətinin hazırda özünü yaxşı hiss etdiyi bildirilib.

 

Qeyd edək ki, İranda 10 mindən çox insan Covid-19-a yoluxub, 429 nəfər isə dünyasını dəyişib.

Müəllif: Ayna.az      13 Mart 2020 05:52
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin