Daha bir ölkədə fövqəladə vəziyyət elan edilib

Daha bir ölkədə fövqəladə vəziyyət elan edilib

Latviyada 16 nəfərdə koronavirus aşkar edilib

 

Latviya hökuməti ölkədə fövqəladə vəziyyət elan etmək qərarına gəlib.

 

AYNA “Qafqazinfo"ya istinadən xəbər verir ki, bu addım koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq məqsədi daşıyır. Fövqəladə vəziyyət rejimi bu gündən başlayaraq aprelin 14-nə kimi davam edəcək.

 

Qeyd edək ki, Latviyada 16 nəfərdə koronavirus aşkar edilib. 200 nəfər isə koronavirus şübhəsi ilə karantindədir.

Müəllif: Ayna.az      13 Mart 2020 03:30
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin