Kanadalı Baş Nazirin xanımı karantinə alınıb

Kanadalı Baş Nazirin xanımı karantinə alınıb

Hazırda Sofi Qrequarın analiz nəticələri gözlənilir

 

Kanadanın Baş Naziri Castin Tryudonun həyat yoldaşı Sofi Qrequar koronavirus şübhəsi ilə karantinə alınıb.

 

AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, Baş Nazirin xanımı Böyük Britaniyadan qayıtdıqdan sonra onda Covid-19-un simptomları müşahidə olunub. Hazırda Sofi Qrequarın analiz nəticələri gözlənilir.

 

Qeyd edək ki, Castin Tryudo cavablar çıxanadək işlərini evdən idarə edəcəyini bildirib.

Müəllif: Ayna.az      13 Mart 2020 02:18
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin