Türkiyədə idman yarışlarına azarkeş buraxılmayacaq

Türkiyədə idman yarışlarına azarkeş buraxılmayacaq

Türkiyədə koronavirusa bir yoluxma halı təsdiqlənib

 

Türkiyədə bütün idman tədbirləri koronavirus pandemiyasına görə aprel ayının sonuna qədər azarkeşsiz keçiriləcək.

 

AYNA xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.

 

Onun sözlərinə görə, qərar bu gün koronavirusla bağlı keçirilən toplantıda qəbul olunub.

 

Qeyd edək ki, Türkiyədə koronavirusa bir yoluxma halı təsdiqlənib. 

 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 125 ölkədə qeydə alınıb.

 

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 130 238-ə çatıb. Bunların 68 677 nəfəri sağalıb, 4 756 nəfəri isə ölüb.

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Müəllif: Ayna.az      13 Mart 2020 04:43
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin