“Pandemiyanın qarşısını ala bilərik, amma…”

“Pandemiyanın qarşısını ala bilərik, amma…”

ÜST: “COVID-19 nəzarət edilməsi mümkün olan pandemiyadır”

 

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)  icraçı direktoru Tedros Adanom Gebreisus dünya üçün vacib sayılan açıqlama edib.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, beynəlxalq təşkilat rəhbəri “Covid-19 nəzarət edilməsi mümkün olan pandemiyadır”, - deyib. 

 

Onun sözlərinə görə, bütün ölkələr lazımı qabaqlayıcı tədbirlər görsə, istəyimizə çatacağıq. “Təəssüf ki, bəzi ölkələr koronavirusa ciddi yanaşması bizdə narahatlıq yaradır".

 

Qeyd edək ki, ötən gün ÜST koronavirusu rəsmi şəkildə “pandemiya” elan edib.

 

Məlumat üçün bildirək ki, təkcə Çində Covid-19-dan bu günə qədər ölənlərin sayı artıq 3172 nəfərə çatıb. 80 793 nəfər isə xəstəlikdən əziyyət çəkir.

 

Dünya üzrə virusa yoluxanların sayı 110 mindən çoxdur, ölənlərin sayı isə 4 mini keçib. 

Müəllif: Raminə Eyvazqızı      12 Mart 2020 20:16
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin