İranda koronavirus qurbanlarının sayı artır, hökumət yardım istəyir

İranda koronavirus qurbanlarının sayı artır, hökumət yardım istəyir

Cavad Zərif: “BVF-dən təcili dəstək gəlməyəcəyi təqdirdə gərginlik davam edəcək”

 

Koronavirus İranda bütün sahələrdə böhrana səbəb olub. AYNA xarici mediaya əsasən xəbər verir ki, son məlumata görə, ölkədə Covid-19-dan 429 nəfər ölüb, yoluxanların sayı isə 10 min 75 nəfərə çatıb. Ölkədə profilaktik tədbirlər üçün yetərli qədər imkanlar bitmək üzrədir.

 

Mövcud vəziyyəti nəzərə alan İran Beynəlxalq Valyuta Fondundan (BVF) 5 milyard dollar yardım istəyib. Xarici İşlər naziri Cavad Zərif BVF-dən təcili dəstək alınmadığı təqdirdə gərginliyin davam edəcəyini etiraf edib.

 

İran Mərkəzi Bankının sədri Əbdülnəsir Hemmati də öz sosial şəbəkə hesabında BVF-yə artıq rəsmi müraciət olunduğunu bildirib.

 

BVF-nin icraçı direktoru Kristalina Georgiyeva isə öz növbəsində koronavirusdan zərər görən ölkələrə yardım göstəriləcəyini vəd etmişdi.

 

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan İrana 5 milyon dollar maddi yardım göstərmişdi.

Müəllif: Ayna.az      12 Mart 2020 19:38
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin