Azərbaycan-İran sərhədinin bağlanmasına dair yeni qərar

Azərbaycan-İran sərhədinin bağlanmasına dair yeni qərar

Sərhədin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlı saxlanmasına dair qərarın müddəti uzadılıb

 

Azərbaycan hökuməti İranla sərhədinin bağlanması müddətinə dair yeni qərar qəbul edib. Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

 

Bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən koronavirus infeksiyasının (COVİD-19) qlobal pandemiya elan olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikası ərazisində virusun yayılmasının qarşısını almaq məqsədilə 29 fevral 2020-ci il tarixində qəbul edilən İran ilə sərhədin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlı saxlanmasına dair qərar növbəti iki həftə müddətinə uzadılıb.

Müəllif: Ayna.az      12 Mart 2020 17:23
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin