Adnan Oktara 870 il həbs cəzası tələb olunur

Adnan Oktara 870 il həbs cəzası tələb olunur

O, ümumilikdə 24 fərqli cinayət törətməkdə təqsirləndirilir

 

Türkiyədə bir müddət öncə qalmaqallı şəkildə həbs olunan Adnan Oktarın məhkəmə prosesi yekunlaşmaq üzrədir.

 

AYNA Türkiyə mətbuatına isitinadən xəbər verir ki, uzun illərdir Türkiyədə dini qruplaşma yaradan, bir çox ölkələrdə Harun Yəhya adı ilə tanınan Adnan Oktar haqqında açılmış cinayət işi yekunlaşıb. Ümumilikdə 24 fərqli cinayət törətməkdə təqsirləndirilən Oktara dövlət ittihamçısı 870,5 il həbs tələb edib. 

 

Dini rəhəbərlə birgə 225 tərəfdarı haqqında da məhkəmə prosesi davam edir.

 

Qeyd edək ki, ötən il həbs edilən Adnan Oktar cinsi istismar, təcavüz, vergidən yayınma, hərbi sirləri gizli yollarla əldə etmə, hərbi sirləri xarici kəşfiyyat orqanlarına satmaq, mal varlığı haqqında hesabatdan yayınmaq kimi cinayət tərkibli əməllər törətdiyi üçün həbs olunub.

 

Xatırladaq ki, ölkəmizdə də A.Oktarın Harun Yəhya təxəllüsü ilə onlarla kitabı çap olunub və satılıb. Onun Azərbaycanda və Türkiyədə yaşayan çoxsaylı həmvətənlərimizdən ibarət tərafdarları olduğu deyilir.

Müəllif: Ayna.az      12 İyul 2019 15:59
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin