Çində koronavirusdan ölənlərin sayı artıb

Çində koronavirusdan ölənlərin sayı artıb

80 793 nəfər isə xəstəlikdən əziyyət çəkir

 

Çin Milli Səhiyyə Komissiyası koronavirusla bağlı açıqlama yayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, açıqlamada son 24 saat ərzində 11 nəfərin virusdan dünyasını dəyişdiyi, 15 nəfərin isə virusa yoluxduğu bildirilib.

 

Məlumatda, virusdan ölənlərin 10-nun Hubeydən, 1-nin isə Şaanşi əyalətindən olduğu vurğulanıb.

 

Qeyd edək ki, Çində Covid-19-dan bu günə qədər ölənlərin sayı artıq 3172 nəfərə çatıb. 80 793 nəfər isə xəstəlikdən əziyyət çəkir.

Müəllif: Ayna.az      12 Mart 2020 14:00
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin