Ali məktəblərdə tədris ilinin müddəti uzadıldı

Ali məktəblərdə tədris ilinin müddəti uzadıldı

İmtahanlar 15 iyunda başlayacaq və 13 iyulda başa çatacaq

 

Azərbaycanın ali məktəblərində tədris ilinin müddəti 15 gün uzadılıb. AYNA xəbər verir ki, bu barədə Təhsil nazirinin müavini Firudun Qurbanov əmr imzalayıb.

 

Belə ki, dərslər mayın 30-da deyil, iyunun 15-də bitəcək. İmtahanlar isə 15 iyunda başlayacaq və 13 iyulda başa çatacaq.

 

Buraxılış kursları istisna olmaqla digər tələbələrin dərsləri martın 27-də başlayacaq və mövcud akademik təqvimlə müəyyən edildiyi kimi mayın 30-dək deyil, iyunun 15-dək davam edəcək (15 gün - 2 həftə artırılır). Müvafiq olaraq imtahan sessiyasına mövcud akademik təqvimdə ayrılan həftələrin sayı 5 deyil, 4 həftə müəyyən edilib.

 

Ali təhsil müəssisələrinin sonuncu kurs tələbələrinin nəzəri təlim müddətinin başa çatdığını, onların hazırda təcrübədə olduğunu nəzərə alaraq müvafiq ixtisaslar üzrə sonuncu kursda təhsil alan tələbələrin (“Təhsil” ixtisasları qrupuna daxil olan ixtisaslar (pedoqoji ixtisaslar) üzrə təhsil alanlar istisna olmaqla) tədris qrafiki dəyişdirilmir. Yəni dövlət attestasiyasının keçirilməsi qrafikə uyğun iyun ayının sonuna qədər aparılacaq.

 

“Təhsil” ixtisasları qrupuna daxil olan ixtisaslar (pedoqoji ixtisaslar) üzrə tələbəlrin təcrübəsi (təcrübə orta ümumtəhsil məktəblərində aparıldığına və burada dərslər iyunun 14-ə qədər davam etdiyinə görə) iyunun ayının 15-nə qədər davam etdiriləcək və bu zaman dövlət attestasiyası iyunun 15-dən iyulun 13-nə qədər aparılacaq.

Müəllif: Ayna.az      12 Mart 2020 12:46
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin