İsrail alimləri koronavirusun dərmanını tapıblar - “Haaretz” qəzeti

İsrail alimləri koronavirusun dərmanını tapıblar -     “Haaretz” qəzeti

“Hələlik peyvəndin sınanması üçün klinik müayinələrə ehtiyac var”

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən rəsmi olaraq pandemiya (geniş miqyaslı epidemiya) elan edilən koronavirusla bağlı sevindirici xəbər yayılıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, İsrailin məşhur “Haaretz” qəzetində İsrail alimlərinin Covid-19 əleyhinə peyvənd hazırladıqları barədə elan verilib.

 

Qəzetə açıqlama verən mənbənin məlumatına görə, peyvəndin sınanması üçün klinik müayinələrə ehtiyac var və virusun bioloji mexanizmini, mahiyyətini ayırd etmək üçün əhəmiyyətli addımlar atılıb.

 

Lakin o da əlavə olunub ki, istehsal ediləcək vaksinin təsirli olması və ya istifadəsinin əks təsir göstərməyəcəyinə əmin olmaq üçün bir sıra testlərə ehtiyac var. Mütəxəssislər, həmçinin sınaqların bir neçə ay çəkə biləcəyini də bildiriblər.

Müəllif: Ayna.az      12 Mart 2020 12:14
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin