Ölkədən külli miqdarda valyuta çıxarılmasının qarşısı alınıb

Ölkədən külli miqdarda valyuta çıxarılmasının qarşısı alınıb

Gömrük məntəqəsində 42600 ABŞ dolları aşkar edilib

 

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan edilmədən keçirilməsinə cəhdin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

 

Belə ki, Bakı-İstanbul aviareysi ilə gedən sərnişin gömrük nəzarəti zonasına daxil olarkən xarici valyutanı gömrük orqanına əvvəlcədən şifahi, yazılı, elektron formada bəyan etməyib.

 

Ona məxsus baqaj rentgen aparatından keçərkən monitorda şübhəli predmetlərin təsvirləri müşahidə edilib. Çantaya təkrar baxış keçirilməsi üçün vətəndaş yoxlama otağına dəvət olunub.

 

Yoxlama zamanı baqajın içərisindəki sellofan paketdə olan 1 cüt ayaqqabı, gödəkcə və paltarların arasında olan kisənin içərisindən gömrük nəzarətindən gizlədilən və bəyan olunmayan, ümumilikdə 42600 ABŞ dolları aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      12 Mart 2020 11:58
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin