Vaşinqtonda fövqəladə vəziyyət elan edilib

Vaşinqtonda fövqəladə vəziyyət elan edilib

Koronavirus təhlükəsi bütün dünyanı təşvişə salıb 

 

ABŞ-ın paytaxtı Vaşinqtonda koronavirusa görə fövqəladə vəziyyət rejimi elan edilib.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə şəhər meri Myuriel Bouzer bildirib. Onun sözlərinə görə, paytaxtda daha 6 nəfərdə koronavirus aşkarlanıb. Bununla da Covid-19 daşıyıcılarının sayı 10 nəfərə çatıb.

 

Fövqəladə vəziyyət rejimi merə zəruri karantin tətbiq etməyə və böhran dövründə qiymətləri artırmağa çalışan satıcılara qarşı qanuni addım atmağa şərait yaradacaq.

Müəllif: Ayna.az      12 Mart 2020 05:32
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin