Koronavirusla bağlı əsassız xəbərlər yayanlar cəzalandırılacaq

Koronavirusla bağlı əsassız xəbərlər yayanlar cəzalandırılacaq

Artıq 29 nəfər sosial şəbəkə istifadəçisi saxlanılıb, barələrində araşdırma aparılır

 

Türkiyədə koronavirusla mübarizə tədbiri çərçivəsində sosial media da nəzarətə götürülüb. AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin Kibercinayətkarlıqla Mübarizə üzrə Mərkəzi Polis Qərərgahı sosial şəbəkədə virus təhlükəsi ilə bağlı əsassız məlumat yayanları izləməyə başlayıb.

 

Artıq 29 nəfər sosial şəbəkə istifadəçisi, əhalidə qorxu, təşviş yaratdığı üçün saxlanılıb, onlarla bağlı tədbirlər görülür. İstanbul Baş Prokurorluğu "ümumi təhlükəsizlik və daxili əmin-amanlığı təhdid edən məqsədyönlü nəşr, yalan xəbərlər və paylaşımlar" ilə əlaqədar istintaq işlərinə də start verib.

 

Kibercinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları, həmçinin mediada COVİD-19 haqqında qeyri-rəsmi məlumata əsaslanan materiallar hazırlayanları, əsassız yazıları izləyirlər. İctimaiyyət arasında şayiələrə əsas verən məlumat sahiblərini ciddi cəza gözləyir.

 

Xatırladaq ki, ötən gün Türkiyə də koronavirus aşkarlanan olan ölkələr sırasına daxil oldu. Ölkədə Avropadan yenicə gələn bir nəfərdə virus qeydə alınıb.

Müəllif: Ayna.az      11 Mart 2020 16:51
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin