Manatın taleyi həftəsonu bəlli ola bilər – Mərkəzi Bank gözləmədə

Manatın taleyi həftəsonu bəlli ola bilər –       Mərkəzi Bank gözləmədə

Ekspert: “Həmin vaxtadək indekslər qalxmasa, milli valyuta devalvasiyaya uğrayacaq”

 

Neftin qiymətinin kəskin düşməsi ölkədə valyuta böhranı hiss olunur. Vətəndaşlar milli valyutada olan vəsaitlərini dollara çevirmək üçün bankların qarşısında növbə gözləyirlər. Banklarda yaşıl əskinasın yoxa çıxması cəmiyyətdəki devalvasiya düşüncələrini daha da gücləndirir.

 

Martın 10-da metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında yerləşən bütün banklarda dollar yoxa çıxmışdı. “Expressbank”ın ərazidəki filialından AYNA-ya bildirildi ki, dollar yaxın günlərdə olacaq. “NBC Bank” filialının əməkdaşı da qarışısında olan manat əskinaslarına uzaqdan baxaraq, “dollar səhər var idi və dərhal da bitdi”, - dedi.

 

Oxşar vəziyyət digər banklarda da müşahidə olunurdu. “Unibank”ın Bakıxanov filialının əməkdaşları daha “yaradıcı” çıxdılar. “Sistem bağlanıb və manatı olan vətəndaşlar uzun sürən növbəni gözləyə bilməyib evlərinə getdilər”, - deyə onlar vəziyyətdən çıxdılar.

 

Baş verənləri AYNA-ya şərh edən bank-maliyyə eksperti Əkrəm Həsənovun fikrincə, baş verənlər bir daha yerli bank sistemində bir anomaliyanın olduğunu göstərdi: “Banklar əhaliyə dollar satmır, daha doğrusu, həcmlərinin böyük bir hissəsini kəsib, limit qoyaraq anketləri doldurmağı tələb edirlər, bütün bunlar isə qanunsuzdur”.

 

“Birinci məsələ odur ki, Mərkəzi Bank valyuta ehtiyatlarını xərcləməmək üçün banklara kifayət qədər dollar satmır. Bu səbəbdən, kommersiya bankları əhalinin dollar ehtiyaclarını ödəməkdə çətinlik yaşayır. Mərkəzi Bank 1,7 manatlıq öz rəsmi məzənnəsinə etibar etmədiyindən banklara dollar satmaq istəmir. Mərkəzi bank başa düşür ki, neftin hazırkı qiyməti uzun müddət belə davam etsə, devalvasiya qaçılmaz olacaq. Eyni zamanda tənzimləyici neft qiymətlərində mümkün artım gözlənilir. Bu, baş verməzsə, Mərkəzi Bank devalvasiyaya gedəcək. Məcazi olaraq qeyd edim ki, hazırda Mərkəzi Bank vaxt qazanmaq və valyuta ehtiyatlarını xərcləməmək kimi iki stulda birdən oturmağa çalışır”, - Həsənov bildirib.

Məlumdur ki, banklar Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnədən daha yuxarı qiymətlə dollar sata bilər, lakin bunu etmirlər. Bu amildən danışan ekspert hesab edir ki, bununla bağlı banklar qeyri-rəsmi göstəriş alıb.

 

“Son iki il ərzində manatın məzənnəsini saxlamaqla maliyyə qurumları manatla depozitlərdə artıma nail oldu. Buna həm də dollar əmanətlərinə aşağı faiz və sabit məzənnə səbəb oldu. İndi bu cəhdlərin heç bir faydasının olmadığı ortaya çıxdı. Bankların davranışı cəmiyyətdə devalvasiya qorxularını artırdı və əmanətçilər milli valyutanın məzənnəsinin düşməsindən qorxaraq pullarını manatda saxlamamağa çalışacaqlar”, - müsahibimiz vurğulayıb.

 

“Aydındır ki, vəziyyət uzun müddət belə davam edə bilməz. Mərkəzi Bank bu həftənin sonuna qədər neftin qiymətinin artacağını gözləyəcək. İndekslər qalxmasa, milli valyuta devalvasiyaya uğrayacaq. Problem ondadır ki, AMB valyuta satmır, banklara müştərilərə heç bir izahat verməməyi tapşırır. Bütün bunlar qısamüddətli gözləmə taktikasıdır”, - Ə.Həsənov əlavə edib.

Müəllif: Tanya Samsonova      11 Mart 2020 16:24
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin