"Taclı virus" 6 addımlıqdan yoluxur

"Taclı virus" 6 addımlıqdan yoluxur

Xroniki xəstəliyi olan insanların isə COVID-19 xəstəliyinə yoluxma riksi yüksəkdir

 

Bildiyimiz kimi, bir müddət öncə Çin alimləri koronavirusa (COVID-19) qarşı peyvənd hazırlandığını bəyan etmişdilər. Ancaq Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (Center for Disease Control and Prevention) koronavirus xəstəliyinin qarşısını almaq üçün peyvənd olmadığını açıqlayıb.

 

AYNA Mərkəzin rəsmi saytına istinadən xəbər verir ki, xəstəliyin qarşısını almağın ən yaxşı yolu kimi bu virusa məruz qalmamaq göstərilir.

 

Virusun, əsasən, insandan insana yayılması düşünülür. COVID-19 bir-biri ilə sıx təmasda olan (təxminən 6 addım) insanlar arasında yayıla bilər.

 

Virusa yoluxmuş şəxs öskürdüyü və ya asqırdığı zaman yaranan tənəffüs damlaları vasitəsilə yaxınlıqdakı şəxslər asanlıqla xəstələnə bilər. Çünki yaranmış damcılar yaxınlıqdakı insanların ağızlarına və ya burunlarına enərək ağciyərlərə nüfuz edə bilər.

 

Yaşlılar, ürək, ağciyər və ya diabet kimi ağır xroniki xəstəliyi olan insanların isə COVID-19 xəstəliyinə yoluxma riksi yüksəkdir. Virus həmin xəstələrdə daha ciddi fəsadlara səbəb ola bilər.  

Müəllif: Ayna.az      11 Mart 2020 18:54
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin