Əsas səhifə Haqqımızda Xəbər lenti

“Belə getsə, qiymətlər daha da qalxacaq”

“Belə getsə, qiymətlər daha da qalxacaq”

Samir Əliyev: “Koronavirus iqtisadiyyat üçün çox böyük bir problemdir”

 

Koronavirus dünyada can almaqda davam edir. Amma bu virus təkcə tibbi bəlaya çevrilməyib, bir sıra başqa sahələrə də öz mənfi təsirini göstərir. Məsələn, bir sıra dünya ölkələrinin iqtisadiyyatlarına ciddi zərbə vurub.

 

Bəs koronavirus Azərbaycan iqtisadiyyatına necə təsir edir? AYNA-ya şərhində iqtisadçı-ekspert Samir Əliyev deyib ki, virusun yayılması ölkəmizin iqtisadiyyatına təsirsiz ötüşməyib.

 

“Artıq mənfi təsirlərini görürük. Bazarda bəzi məhsulların qiymətində ciddi artım müşahidə olunur. Çünki Azərbaycan Rusiya və Türkiyədən sonra ən çox məhsulu Çindən idxal edir. Çində baş verən hadisələr və oradan mal gətirilməsinə qoyulan məhdudiyətlər bazarda mal qıtlığına səbəb olur. Çinin alternativi olan Türkiyədə isə həm məhsul bahadır, həm də tam çatdıra bilmir. Belə davam etsə, bazarda qiymətlər daha da artacaq. Nəzərə alaq ki, İran ilə də sərhədləri bağlamışıq. Deməli, cənub qonşumuzdan aldığımız məhsullar da bahalaşacaq”, - Əliyev bildirib.

Müəllif: Təranə Xudabaxşiyeva      16 Mart 2020 13:50
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
17 Aprel
23:12
Şeir yazmaq üçün beş qayda – Öyrən və sən də şeir yaz!
17 Aprel
21:09
Azərbaycanlılar rəqəmsal peyvənd pasportları ala biləcəkmi – Dünya yeni sistemə keçir
17 Aprel
19:11
Batumidə ikinci məscid və siyasi qorxaqlıq
17 Aprel
16:47
Azərbaycanda koronavirusla bağlı bugünkü STATİSTİKA
17 Aprel
15:18
“Adının təmizə çıxması” üçün 14 gün...
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin