Metroda “koronavirus yayan” kişi saxlanılıb - VİDEO

Metroda “koronavirus yayan” kişi saxlanılıb -                 VİDEO

Kişi üzündəki maskanı aşağı çəkib və barmaqlarını yalamağa başlayıb

 

Avropada koronavirus təhlükəsi yayılmaqda davam edir. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Belçikada epidemiya ilə bağlı baş verən bir hadisə sosial medianın gündəmini zəbt edib.

 

Belə ki, paytaxt Brüsseldə metroya girən bir kişi üzündəki maskanı aşağı çəkib və barmaqlarını yalamağa başlayıb. Daha sonra isə əllərini davamlı olaraq metronun tutacağına sürtüb.  

 

Lakin baş verənlər qatardakı digər sərnişinlər tərəfindən görüntüyə alınıb və sosial mediada paylaşılıb. Video izələyicilər tərəfindən təşvişlə qarşılanıb.

 

Hadisə ilə bağlı Brüssel İctimai Nəqliyyat Agentliyindən verilən  açıqlamada adamın içkili olduğu və təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürldüyü vurğulanıb.

Müəllif: Ayna.az      11 Mart 2020 17:32
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin