İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov birgə bəyanat imzalayıb

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov birgə bəyanat imzalayıb

Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimi olub

 

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimi olub. AYNA xəbər verir ki, İlham Əliyevin və Qurbanqulu Berdiməhəmmədovun Birgə Bəyanatını dövlət başçıları imzalayıblar.

 

“Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi ilə Türkmənistanın "Türkmənhavayolları" Agentliyi arasında Protokol”u "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cahangir Əsgərov və Türkmənistanın "Türkmənhavayolları" Agentliyinin sədri Dovran Saburov imzalayıblar.

Müəllif: Ayna.az      11 Mart 2020 14:26
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin