Çində koronavirusa yoluxanların sayı artıb

Çində koronavirusa yoluxanların sayı artıb

Koronavirusa yoluxanların sayı sürətlə artır 

 

Son gün ərzində Çində 22 nəfər koronavirusun qurbanı olub, virusa daha 24 nəfər yoluxub.

 

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.

 

Komitənin məlumatına görə, son gün ərzində ölkədə 1 578 xəstə sağalıb. 

 

Ölkədə virusa yoluxanların sayı 80,7 min nəfərə çatıb. Qeyd edilir ki, onlardan 61,4 min nəfəri sağalıb, 3 158 nəfər ölüb. 

 

Xatırladaq ki, koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində qeydə alınıb.

Müəllif: Ayna.az      11 Mart 2020 09:16
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin