İranlı nazir koronavirusdan sağalıb

İranlı nazir koronavirusdan sağalıb

İranda indiyədək koronavirusdan 2731 nəfər sağalıb 

 

İranın Sənaye, Mədən və Ticarət naziri Rza Rəhmani koronavirusdan sağalıb.

 

AYNA İran KİV-nə istinadən xəbər verir ki, katrantində saxlanılan nazir artıq xəstəxanadan evə buraxılıb. Rəhmani müayinəsini evində davam etdirəcək.

 

Xatırladaq ki, Rəhmanidə kroonavirus martın 4-də təsbit edilmişdi. O, vəziyyəti ağırlaşdığından reanimasiyaya yatırılmışdı.

 

Qeyd edək ki, İranda indiyədək koronavirusdan 2 min 731 nəfər sağalıb. 291 nəfər Covid-19-dan dünyasını dəyişib. Ümumi yoluxanların sayı isə 8 mini ötüb.

Müəllif: Ayna.az      11 Mart 2020 04:07
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin