İrandan qayıdan daha iki azərbaycanlıda koronavirus aşkarlandı

İrandan qayıdan daha iki azərbaycanlıda koronavirus aşkarlandı

Koronavirusa yoluxanların sayı artıb 

 

İran İslam Respublikasından qayıdan Azərbaycan Respublikasının 1960 və 1984-cü il təvəllüdlü iki vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

 

Nazirlər Kabinetinin yanında operativ qərargahdan AYNA-ya bildirilib ki, müvafiq qaydalara uyğun olaraq həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdiriliblər.

 

Hazırda pasiyentlərin səhhəti normaldır, vəziyyətləri stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Müəllif: Ayna.az      10 Mart 2020 21:31
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin