Hakimiyyətdən 10 mart sürprizi

Hakimiyyətdən 10 mart sürprizi

Siyasi düşərgə baş verən dəyişiklikləri necə qarşılayır?

 

Məlum olduğu kimi, bu gün altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. İclasda Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisin sədri kimi namizədliyi irəli sürülüb və o, səsvermə nəticəsində Milli Məclisin sədri seçilib.

 

Bununla yanaşı, Parlamentin vitse-spikerləri də dəyişilib. Belə ki, Əli Hüseynli sədrin birinci müavini, deputatlar Adil Əliyev və Fəzail İbrahimli isə sədr müavinləri seçiliblər.

 

Parlamentin sədarətinin tam tərkibdə dəyişməsi ictimaiyyət arasında gözlənilməz olub, xüsusilə S.Qafarovanın sədr seçilməsi sürpriz kimi qarşılanıb. Beləliklə, Parlamentdə bu gün baş verənlər bir sıra suallar meydana gətirib. Məsələn, Milli Məclisin yenilənən rəhbərliyi siyasi arenaya hansısa yeniliyi gətirəcəkmi? Mövzuya siyasətçilərlə AYNA tutmağa çalışdıq.

 

Ağ Partiya sədri Tural Abbaslı hesab edir ki, Parlamentin rəhbərliyində kimlərin təmsil olunması xalqı o qədər də maraqlandırmır: “Cəmiyyətin hazırkı Parlamentə münasibəti xoş deyil. Yəni ən mütərəqqi hesab olunan deputat belə, spiker seçilsəydi, yenə də həmin spikerə münasibət ümumi Parlamentə münasibətin tərkib hissəsi olaraq qalacaqdı. Çünki heç kim iddia edə bilməz ki, Sahibə Qafarova Oqtay Əsədovdan daha fərqli spiker olacaq, yaxud da Adil Əliyev Ziyafət Əsgərovdan daha fərqli performans sərgiləyəcək. Məlum olduğu kimi, yeni sədarət ümumi siyasi kursun icraçılarıdır. Yəni əsas siyasi kursun və siyasi baxışın dəyişməsidir. Lakin təəsüf ki, hələlik bunu görümürük”.

Müəllif: Mərahim Nəsib      10 Mart 2020 19:30
Siyasət bölməsinə aid digər xəbərlər
18 Sentyabr
16:24
Tofiq Yaqublu azadlıqda: Apellyasiya şikayəti təmin olundu - FOTO
18 Sentyabr
15:30
Dövlət gedənləri qaytarmaq üzərində baş sındırır – İlk mərhələdə 20 milyon manat
18 Sentyabr
13:38
“Ermənistan bu günə qədər hansı qanunu sayıb ki?!” – Təxribat davam edir
18 Sentyabr
10:31
Altıncı çağırış Milli Məclisin 6 aylığı: Yenilər köhnələrdən fərqlənə bildi?
17 Sentyabr
23:20
Qızlarınızı ərə deyil, dərsə göndərin!
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin