Azərbaycan Parlamentinin yeni sədri kimdir – MÜƏLLİMLİKDƏN SPİKERLİYƏ

Azərbaycan Parlamentinin yeni sədri kimdir –     MÜƏLLİMLİKDƏN SPİKERLİYƏ

Əmək fəaliyyətinə Şəmkir şəhərində orta məktəbdən başlayıb

 

Xəbər verdiyimiz kimi, bu gün altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

 

İclasda Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisin sədri kimi namizədliyi irəli sürülüb. Sonra səsvermə olub və 116 səs lehinə olmaqla, Sahibə Qafarova Milli Məclisin sədri seçilib.

 

AYNA Azərbaycan Parlamentinin yeni sədrinin tərcümeyi-halını təqdim edir:

 

Sahibə Əli qızı Qafarova (19 mart 1965) — Azərbaycan alimi, filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü (18 iyul 2014-cü ildən).

 

Təhsili

 

İki ali təhsillidir. M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib.

 

Fəaliyyəti

 

1978-1980-ci illərdə Şəmkir şəhərində orta məktəbdə rus dili və ədəbiyyatı müəllimi kimi pedaqoji fəaliyyət göstərib. 1981-ci ildən bu günə qədər Bakı Slavyan Universitetində çalışır. 2000-2004-cü illərdə Qərb Universitetinin Qərbi Avropa Dilləri fakültəsinin dekanı və İngilis filologiyası kafedrasının müdiri vəzifələrində çalışıb. 2004-cü ildən Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru kimi fəaliyyət göstərir.

 

Sahibə Qafarova ədəbiyyat nəzəriyyəsi, müasir rus və Amerika ədəbiyyatları üzrə mütəxəssisdir. 70-dən çox elmi və tədris-metodik işin, proqramların, dərs vəsaitlərinin müəllifidir. Ədəbiyyatda gender problemlərinin tədqiqi ilə məşğuldur. Bir sıra beynəlxalq təlim proqramlarının və layihələrin iştirakçısı olub.

 

İştirak etdiyi layihələr və təşkilatlar

 

- 2002-ci ildə ABŞ Dövlət Departamentinin “International Visitor” proqramı;

- 2006-cı ildə Azərbaycan nümayəndə heyətinin tərkibində ABŞ-ın Prinston şəhərində START/CAUCASUS Təlim proqramı çərçivəsində ETS treninqlərində iştirak edib;

- 2006-cı ildə ABŞ Dövlət Departamentinin Fulbright Scholarship proqramı çərçivəsində Miçiqan Universitetinin “Gender araşdırmaları” İnstitutunda çalışıb;

- ABŞ-ın Prinston, Miçiqan, Tennessi Universitetlərində mühazirələrlə çıxış edib;

- 2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür;

- IV və V Çağırış Azərbaycan Respublikasının Milli Məclis deputatı;

- Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü;

- 2015-2017-ci illərdə AŞPA-nın “Qadınlara qarşı zorakılıqla mübarizə” üzrə Baş məruzəçisi olub. Həmin gurumun “Qadınlara qarşı zorakılıqla yox!” şəbəkəsinin siyasi koordinatoru və rəhbəri vəzifəsində çalışıb;

- 2016-2017-ci illərdə AŞPA-nın miqrasiya, qaçgınlar və məcburi köçkünlər üzrə Komitəsinin sədri olub. Həmin illərdə AŞPA-nın Büro üzvü olub;

- 2018-ci ildən AVRONEST Parlament Asseambleyasında Azərbaycan nümayəndə heyyətinin rəbəridir;

- Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondun himayəçilik şurasının üzvüdür.

 

Üzv olduğu beynəlxalq elmi cəmiyyətlər

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvüdür (18 iyul 2014-cü ildən). Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondun himayəçilik şurasının üzvüdür.

Müəllif: Ayna.az      10 Mart 2020 13:59
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin