Milli Məclisin yeni rəhbərliyi seçildi

Milli Məclisin yeni rəhbərliyi seçildi

Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib

 

Milli Məclisin yeni tərkibdə bu gün keçirilən ilk iclasında parlamentin spikerinin və vitse spikerlərin seçilməsi məsələsi müzakirə olunub.

 

AYNA xəbər verir ki,  parlamentin spikeri vəzifəsinə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Sahibə Qafarova seçilib.

 

Səsvermə nəticəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Əli Hüseynli isə I vitse-spiker seçilib. 

 

Bitərəflərin namizədi Adil Əliyev və Vətəndaş Həmrəyliyi Partiyasını təmsil edən Fəzail İbrahimli isə vitse-spiker seçilib.

 

Xatırladaq ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib.

Müəllif: Ayna.az      10 Mart 2020 12:52
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin