Koronavirus konqresmenləri təşvişə salıb

Koronavirus konqresmenləri təşvişə salıb

Prezident Donald Tramp müayinədən keçib 

 

ABŞ-ın Texas senatoru Ted Cruz, Arizona konqresmeni Pol Gosar, Georgia konqresmeni Dag Collins və Florida konqresmeni Matt Gaetz 14 günlük karantin altına alınıb.

 

AYNA xarici mətbuata istinadən, xəbər verir ki, konqres üzvlərinin bir müddət əvvəl görüşdükləri şəxsdə koronavirus aşkarlanıb. Bundan sonra təşvişə düşən konqresmenlər təcili tədbir görüblər.

 

Qeyd edək ki, həmin  tədbirdə olmuş Prezident Donald Tramp müayinədən keçib və sağlamlığının yerində olduğunu bəyan edib.

 

Məlumat üçün deyək ki, hazırda ABŞ-da 700-dən çox insanda virusa yoluxma təsdiqlənib və  artıq 26 nəfər xəstəlik nəticəsində ölüb.

Müəllif: Ayna.az      10 Mart 2020 12:30
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin