Feministlərin 8 mart aksiyasının iştirakçısı özünü binadan atıb

Feministlərin 8 mart aksiyasının iştirakçısı özünü binadan atıb

Məsələ ilə bağlı cinayət işi açılıb, hazırda araşdırma aparılır

 

Bakıda 8 mart günü qanunsuz aksiya keçirən fəallardan biri intihara cəhd edib. AYNA xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

 

Orada yaşayan, 1996-cı il təvəllüdlü Aysel Ələkbərzadə 3-cü mərtəbədən özünü atıb. O, aldığı müxtəlif xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

 

Xəstəxanadan bildirib ki, A.Ələkbərzadəyə ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır və hazırda reanimasiyadadır.

 

Qeyd edək ki, A. Ələkbərzadə martın 8-də Bakının mərkəzində feminist qadınların təşkil etdiyi qanunsuz aksiyada iştirak edib. O, əlində tutduğu şüarla sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib. O, özünü binadan atmazdan əvvəl “Facebook”da intihar edəcəyini açıqlayıb.

 

Məsələ ilə bağlı cinayət işi açılıb, hazırda araşdırma aparılır. (APA)

Müəllif: Ayna.az      10 Mart 2020 11:18
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin